Virus can almağa davam edir – Yoluxma sürətlənib

Koronavirusa yoluxmaların sayına görə ilk pillədə ABŞ qərarlaşıb ki, bu ölkədə xəstələrin sayı 2 milyon 686 min 480 nəfərə çatıb.
Sputnik

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 2 iyul — Sputnik. Dünyada koronavirusa yoluxanların sayı 10 694 288-ə çatıb. Bu barədə Sputnik Azərbaycan Con Hopkins Universitetinin saytına istinadən xəbər verir.

Biri bitməmiş, o biri gəlir! Yeni pandemiya yarana bilər

Məlumata əsasən, virusa yoluxmuş 516 201 nəfər vəfat edib, 5 480 394 xəstə isə sağalıb.

Koronavirusa yoluxmaların sayına görə ilk pillədə ABŞ qərarlaşıb ki, bu ölkədə xəstələrin sayı 2 milyon 686 min 480 nəfərə çatıb. Avropada virusa yoluxanların sayına görə Rusiya ilk yerdədir. Belə ki, bu ölkədə 653 479 yoluxma qeydə alınıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də virusun törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.