BAKI, 2 iyul – Sputnik. Azərbaycanda 3.0 maqnitudalı zəlzələ baş verib.
Sputnik Azərbaycan Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir ki, zəlzələ 02.07.2020-ci il tarixində yerli vaxtla saat 03:01-də Qobustan stansiyasindan 28 km cənub-qərbdə Şamaxı ərazisində zəlzələ qeydə alınıb.
Zəlzələnin episentri 18 km dərinlikdə yerləşib. Zəlzələ hiss olunmayıb.