SƏHİYYƏ

Professor: “Karantin rejiminin gələcəyi insanların davranışından asılı olacaq”

Professor, həkim Adil Qeybulla deyir ki, əgər qaydalara riayət olunmasa, daha böyük sayda yoluxmalar qeydə alınacaq
Sputnik

“Azərbaycanda iyulun 5-dən sonra karantin rejiminin iki həftəlik uzadılması üçün təkliflər var. Fikir ondan ibarətdir ki, karantin rejimi uzadılsın”. Bunu Prezidentin köməkçisi Hikmət Hacıyev Operativ Qərargahın brifinqində deyib.

Professor, həkim Adil Qeybulla Sputnik Azərbaycan-a deyir ki, hazırda tətbiq edilən karantin rejiminin sadəcə adı var:

“Belə bir rejimi uzatmağın mənası yoxdur. Ya karantin rejiminə ciddi şəkildə əməl olunmalıdır, ya da bu məsələ artıq yekunlaşmalıdır. Karantinin uzanması insanların davranışlarından asılıdır. Təəssüflər olsun ki, bu qədər yoluxmanın qarşısında hələ də inanmayanlar, qaydalara riayət etməyənlər var. Bundan sonrakı vəziyyət insanların davranışından asılı olacaq. Əgər qaydalara riayət olunmasa, daha böyük sayda yoluxmalar qeydə alınacaq. Bunun nəticələrini də özünüz proqnozlaşdırın”.

Adil Qeybullanın geniş şərhinə auidofaylda qulaq asa bilərsiniz