Prezident koronavirusdan sağaldı

Aydos Ukbay əlavə edib ki, hazırda Nazarbayev izolyasiya rejimini qoruyur və distant formada işləyir.
Sputnik

BAKI, 2 iyul — Sputnik. Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayev koronavirusdan sağalıb. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, prezidentin mətbuat katibi Aydos Ukibayın sözlərinə görə, prezidentin COVID-19 testlərinin nəticəsi neqativ çıxıb.

O əlavə edib ki, hazırda Nazarbayev izolyasiya rejimini qoruyur və distant formada işləyir.

Xatırladaq ki, iyulun 6-da Nursultan Nazarbayev 80 yaşını qeyd edəcək. Həmin gün ölkə günü qeyd olunur.