RUSİYA

ABŞ-da Rusiyaya qarşı yeni sanksiyalar tələb edirlər

İstər Moskvada, istərsə də Donald Tramp administrasiyasında Rusiyanın "Talibanla sözləşməsi" iddialarını rədd edirlər.
Sputnik

BAKI, 2 iyul — Sputnik. ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi "Talibanla sözləşdiyinə görə" Rusiyaya qarşı sanksiyalar tətbiq etməyə çağırıb.

Sputnik Azərbaycan xəbər verir ki, Pelosi bunu MSNBC telekanalına müsahibəsində deyib. 

"Biz Rusiyaya qarşı sanksiyalar tətbiq etməliyik, özü də indi", – spiker bildirib.

İstər Moskvada, istərsə də Donald Tramp administrasiyasında Rusiyanın "Talibanla sözləşməsi" iddialarını rədd edirlər.

Əsassız iddialar

"The New York Times" dərc etdiyi məqaləsində iddia edib ki, Rusiya hərbi kəşfiyyatı Əfqanıstanda ABŞ əsgərlərinə hücumlara görə Talibanla əlaqəli olan yaraqlıları mükafatlandırır və ABŞ prezidentinə bu barədə məlumat verilib. Lakin bu iddiaya heç bir dəlil verilməyib.

Rusiyanın ABŞ-dakı səfirliyi isə ölkə rəhbərliyindən bu cür xəbərlərə görə diplomatlara edilən təhdidlərə adekvat cavab verməyi tələb edib. Xarici İşlər Nazirliyi mətbuatda yayılan xəbərləri saxta, Tramp isə sifariş adlandırıb. Ağ Ev, Pentaqon və ABŞ kəşfiyyatı bu hesabatların təsdiqlənmədiyini və Trampa "təhdidlər" barədə məlumat verilmədiyini deyib.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiyanın Talibanla "sözləşməsi" barədə iddianı şərh edərkən bunun yalan olduğunu deyib.