BAKI, 2 iyul - Sputnik. Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 572 yeni yoluxma faktı qeydə alınıb, 364 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 8 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 18 684 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 10 425 nəfər müalicə olunaraq sağalıb, 228 nəfər vəfat edib, 8 031 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 976, ötən müddət ərzində isə ümumilikdə 495 828 test aparılıb.