BAKI, 1 iyul — Sputnik. Türkiyə Suriyanın ərazi bütövlüyünü saxlamaq üçün mümkün olan hər şeyi edəcək. Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, bunu Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriya nizamlanması üzrə "Astana formatı" (Rusiya, İran, Türkiyə) liderlərinin videokonfransı zamanı bildirib.
"Mən istəyərdim ki, Suriyada tez bir zamanda sülh, təhlükəsizlik təmin olunsun və biz Suriyanın öz ərazi bütövlüyünü saxlaması, münaqişənin uzun müddətli perspektivdə həlli üçün bizdən asılı olan hər şeyi edəcəyik", - deyə Türkiyə Prezidenti qeyd edib.
Ərdoğan vurğulayıb ki, münaqişənin lap əvvəlindən Türkiyə suriyalıların yanında olub: "Biz Suriyada separatçı qüvvələrlə mübarizə aparırıq və ümid edirik ki, bizim qonşumuz ən qısa zamanda sabitlik, sülh əldə edəcək. Biz "Astana üçlüyü" olaraq lazım olan hər şeyi davam etdirməyə hazırıq".