HADİSƏ

Qəbələdəki qardaş qətlinin bəzi təfərrüatı bəlli oldu

Hadisənin mülk üstündə olduğu kənd sakinləri və ölənin yaxınları tərəfindən söylənilir. İlkin versiyaya görə, qardaşlar "Su Tayı" turizm kompleksini bölüşdürə bilməyiblər
Sputnik

İlham Əhmədov, Sputnik Azərbaycan

BAKI, 1 iyul — Sputnik. Xəbər verdiyimiz kimi, Qəbələ rayonunda dəhşətli qətl hadisəsi baş verib.

Vəndam qəsəbəsində qeydə alınan olayın bəzi təfərrüatı bəlli olub.  Sputnik Azərbaycan bildirir ki, qəsəbə sakini Rəhimov Ramil Vəli oğlu ailə münaqişəsi zəminində aralarında baş verən dava zamanı qardaşı, 1959-cu il təvəllüdlü Rəhimov Azər Vəli oğluna ov tüfəngindən atəş açıb. Ağır xəsarətlər alan A.Rəhimov ölüb. Ramil Rəhimov saxlanılıb.

Hadisənin mülk üstündə olduğu kənd sakinləri və ölənin yaxınları tərəfindən söylənilir. İlkin versiyaya görə, qardaşlar "Su Tayı" turizm kompleksini bölüşdürə bilməyiblər.

Bildirilir ki, qardaşların işi məhkəmədə araşdırılırmış. Faktla bağlı Qəbələ rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq gedir.