2021-ci maliyyə ili üçün ABŞ-ın milli müdafiəsinə maliyyə ayırmaları haqqında qanun layihəsinə müvafiq dəyişikliyi respublikaçı senator Con Tyun təklif edib. Onun irəli sürdüyü təklifə görə amerikalılar rus komplekslərini Pentaqonun büdcəsi hesabına əldə edəcəklər. Vaxtında S-400-lərin alışı ABŞ və Türkiyə arasında münaqişəyə səbəb olub. Vaşinqton Ankaradan bu sövdələşmədən imtina etməyi və əvəzinə Amerikanın Patriot sistemlərini almasını tələb edirdi. Əks halda isə amerikalılar Türkiyəyə qarşı sanksiyalar tətbiq etməklə və Ankaraya F-35 qırıcılarının satışını gecikdirmək və ya tamamilə ləğv etməklə hədələyirdi. Türk dövləti bu məsələdə güzəştə getmədi.