SƏHİYYƏ

Bir heyvanın gətirdiyi bəlanı başqa heyvan aradan qaldıra bilər

Almaniyadakı 12 yaşlı Tayson adında alpakdan götürürlən antikor TY1 adlandırılıb. Araşdırma akademik olaraq təsdiqlənməsə də iyunun əvvəlində nəticələri yayımlanıb.
Sputnik

BAKI, 1 iyul — Sputnik. İsveç və Cənubi Afrikalı mütəxəssislər tərəfindən aparılan araşdırmalara görə, Cənubi Amerika alpaklarında koronavirusa qarşı antikor aşkarlanıb.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, elm adamları araşdırma zamanı müəyyən edib ki, alpaklar az səviyyədə antikor istehsal edir. Və bu insanlar üçün ümid yeri ola bilər.

Alimlərin fikrincə, alpakdakı antikorlar asanlıqla artırıla və dəyişdirilə bilər.

Almaniyadakı 12 yaşlı Tayson adında alpakdan götürürlən antikor TY1 adlandırılıb. Araşdırma akademik olaraq təsdiqlənməsə də iyunun əvvəlində nəticələri yayımlanıb.