İQTİSADİYYAT

Azərbaycan nefti 43 dolları keçdi

"Brent" markalı neftin qiyməti 0,56 dollar ucuzlaşaraq 41,15 dollar, "Light" markalı neftin qiyməti isə 0,36 dollar artaraq 39,63 dollar təşkil edib.
Sputnik

BAKI, 1 iyul — Sputnik. Azərbaycan neftinin qiyməti bahalaşır.

Sputnik Azərbaycan xəbər verir ki, "Azeri Light" markalı neftin bir barelinin qiyməti 0,37 dollar artaraq 43,02 dollar olub.

"Brent" markalı neftin qiyməti 0,56 dollar ucuzlaşaraq 41,15 dollar, "Light" markalı neftin qiyməti isə 0,36 dollar artaraq 39,63 dollar təşkil edib.

Qeyd edək ki, Azərbaycan neftinin bir barelinin qiyməti bu il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.