Böyük Vətən müharibəsi veteranları Qələbənin 75 illiyi münasibətilə sovet əsgərlərinin xatirəsini əbədiləşdirməsini xahiş ediblər.
Monumenti xalq tərəfindən toplanan pula tikilib. Bu isə təxminən 500 milyon Rusiya rublu təşkil edir.
Təntənəli mərasimdə Rusiya və Belarus prezidentləri Vladimir Putin və Aleksander Lukaşenko monumentin önünə gül dəstələri qoyublar.
“Rusiya paytaxtında təntənəli tədbirlər, Brest qalasında xatirə mitinqi, Minskdə 9 may paradı bir daha göstərir ki, bu bizim ümumi qələbəmiz, xatirəmiz və şöhrətimizdir, biz onu bundan sonra da qoruyuacağıq” – Lukaşenko deyib.
Memorialın necə göründüyünü, niyə məhz Rjev yaxınlığında qurulduğunu və Rusiya və Belarus prezidentlərinin hansı səbəbdən mərasimdən sonra küknar ağacı əkdiklərini bizim videodan izləyə bilərsiniz.