BAKI, 30 iyun — Sputnik. Parlamentin növbədənkənar sessiyası işini yekunlaşdırıb.
Sputnik Azərbaycan xəbər verir ki, spiker Sahibə Qafarovanın sədrliyi ilə keçirilən növbədənkənar sessiyanın sonuncu plenar iclasında 7 məsələ müzakirə edilib.
İclas Azərbaycanın Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başa çatıb.
Parlamentin növbədənkənar xüsusi sessiyası çərçivəsində 8 plenar iclas keçirilib. Milli Məclisin növbədənkənar sessiyasının plenar iclasları iyunun 1, 2, 5, 12, 19, 25, 29 və 30-da keçirilib.