İyun da getdi, amma o hələ yerini bərkidir

Koronavirusa yoluxmaların sayına görə ilk pillədə ABŞ qərarlaşıb ki, bu ölkədə xəstələrin sayı 2 milyon 590 min 582 nəfərə çatıb.
Sputnik

BAKI, 30 iyun — Sputnik. Dünyada koronavirusa yoluxanların sayı 10 302 867-yə çatıb. Bu barədə Sputnik Azərbaycan Cons Hopkins Universitetinin saytına istinadən xəbər verir.

Məlumata əsasən, virusa yoluxmuş 505 518 nəfər vəfat edib, 5 235 908 xəstə isə sağalıb.

Koronavirusa yoluxmaların sayına görə ilk pillədə ABŞ qərarlaşıb ki, bu ölkədə xəstələrin sayı 2 milyon 590 min 582 nəfərə çatıb. Avropada virusa yoluxanların sayına görə Rusiya ilk yerdədir. Belə ki, bu ölkədə 640 246 yoluxma qeydə alınıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də virusun törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.