CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Hikmət Hacıyev: “Karantin rejimi öz nəticəsini göstərəcək”

“Ancaq tibbi maska və sosial məsafə ilə bağlı qaydalara da vətəndaşlar riayət etməlidir. Biz yeni norma və qaydalara uyğunlaşmalıyıq. Bu məsələdə vətəndaşlar və dövlətimiz arasında həmrəyliyin olması da çox vacibdir”.
Sputnik

BAKI, 30 iyun – Sputnik. “Karantin rejiminin mahiyyəti insanlar arasında təmasların minimuma endirilməsidir. Bu da öz nəticəsini verəcək”.

Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycan beynəlxalq təcrübədən yararlanır və öz qərarlarını qəbul edir: “Ancaq tibbi maska və sosial məsafə ilə bağlı qaydalara da vətəndaşlar riayət etməlidir. Biz yeni norma və qaydalara uyğunlaşmalıyıq. Bu məsələdə vətəndaşlar və dövlətimiz arasında həmrəyliyin olması da çox vacibdir”.