CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Evdə müalicə olunanlarla bağlı xüsusi paket hazırlanacaq

Azərbaycan Prezidentinin köməkçisi qeyd edib ki, hər bir şəxs dövlətin qarşıya qoyduğu vəzifə və tapşırıqlara riayət etməlidir.
Sputnik

BAKI, 30 iyun – Sputnik. “Xüsusi karantin rejiminin tətbiqi ilə bərabər ev şəraitində müalicə olunanlarla bağlı xüsusi paketlərin hazırlanması nəzərdən keçirilir”.

BNA-nın mətbuat katibi COVİD-19-a yoluxub

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

Azərbaycan Prezidentinin köməkçisi qeyd edib ki, hər bir şəxs dövlətin qarşıya qoyduğu vəzifə və tapşırıqlara riayət etməlidir.

“Ev şəraitində müalicə ancaq yüngül koronavirus xəstələri üçün nəzərdə tutulur”.

Bunu Səhiyyə Nazirliyinin Aparat rəhbəri Nadir Zeynalov Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib: “Yoluxmuş şəxslərin apteklərə getməsi yolverilməzdir. Ümumiyyətlə, koronavirus xəstələrinin evdən çıxmasına icazə verilmir. Onlar evdə təcrid olunurlar”.