İQTİSADİYYAT

Niyə və hansı səbəbdən! Bankların dollara tələbi kəskin artıb

Hərracda tələb 50,8 mln. ABŞ dolları olub və tam təmin edilib. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.
Sputnik

BAKI, 30 iyun — Sputnik. Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.

Sputnik Azərbaycan-ın məlumatına görə, hərracda tələb 50,8 mln. ABŞ dolları olub və tam təmin edilib. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.

Qeyd edək ki, bugünkü valyuta hərracında tələb əvvəlki hərracla müqayisədə 22,1% və ya 9,2 mln. dollar artıb.

Xatırladaq ki, 25 iyun 2020-ci il tarixində Mərkəzi Bankda Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib. Hərracda tələb 41,6 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib.