SƏHİYYƏ

Azərbaycanda dərman və tibb işçisi problemi ilə bağlı açıqlama verildi

Tibb işçilərini isə haradansa gətirmək olmur, çünki bu gün bütün ölkələrin tibb işçisinə ehtiyac var. Tibb işçilərimiz böyük yük altında çalışırlar. Ona görə də təcili yardım sahəsində həkimlərin qəbulu elan edilib ki, iş yükü azalsın
Sputnik

BAKI, 30 iyun – Sputnik. “Ölkəmizdə tibb sahəsində kadr çatışmazlığı yoxdur. Koronavirusdan əvvəl də tibb sahəsində həkim qıtlığı mövcud deyildi. Amma pandemiya gözlənilməz oldu və heç bir ölkənin səhiyyə sistemi bunu gözləmirdi”.

Sputnik Azərbaycan xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Aparat rəhbəri Nadir Zeynalov Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

“Tibb işçilərini isə haradansa gətirmək olmur, çünki bu gün bütün ölkələrin tibb işçisinə ehtiyac var. Tibb işçilərimiz böyük yük altında çalışırlar. Ona görə də təcili yardım sahəsində həkimlərin qəbulu elan edilib ki, iş yükü azalsın”, o bildirib.

Nadir Zeynalov ev şəraitində müalicə alan xəstələr üçün apteklərdə kifayət qədər dərman olduğunu da bildirib.