Bunu ABŞ-dan heç kim gözləmirdi, indi də Türkiyədən "S-400"ləri alır

Öz növbəsində, ABŞ Senatının beynəlxalq münasibətlər üzrə komitəsinin sədri Cim Riş "CAATSA" qanununa dəyişiklik edərək (Sanksiyalar yolu ilə Amerikanın düşmənlərinə qarşı mübarizə haqqında qanun) Türkiyəyə qarşı sanksiyaların tətbiq edilməsini təklif edib
Sputnik

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 30 iyun — Sputnik. Respublikaçı-senator Con Tyun Türkiyədən Rusiya istehsalı olan "S-400" zenit-raket komplekslərinin alınmasını təklif edib. Sputnik Azərbaycan xəbər verir ki, bunu 2021-ci il üçün milli müdafiə üçün illik büdcə ayrılmaları və xərclərinə dair qanununa (başqa adı Milli Müdafiə İcazə Aktını (NDAA)) edilən dəyişikliklər göstərir.

Senatorun təklifində Ankaranın buna dair istəyinin və Moskvanın icazəsi olmadan kompleksləri satmaq hüququnun olub-olmaması göstərilmir.

Öz növbəsində, ABŞ Senatının beynəlxalq münasibətlər üzrə komitəsinin sədri Cim Riş "CAATSA" qanununa dəyişiklik edərək (Sanksiyalar yolu ilə Amerikanın düşmənlərinə qarşı mübarizə haqqında qanun) Türkiyəyə qarşı sanksiyaların tətbiq edilməsini təklif edib.

"S-400 Triumf" Rusiya istehsalı olan qısamənzilli və ortamənzilli zenit raket kompleksidir. Bu sistem bütün müasir və perspektiv hava-kosmik hücum vasitələrinin məhv edilməsi üçün nəzərdə tutulub.

Xatırladaq ki, Ankara və Vaşinqtonun münasibətlərində böhrana səbəb olan Rusiya istehsalı "S-400" zenit raket komplekslərinin tədarükü iyulun ortalarında başlayıb. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sözlərinə görə, 2020-ci ilin aprelində "S-400" tamamilə istifadəyə veriləcək. Birləşmiş Ştatlar bu sövdələşmədən imtina etməyi və əvəzində "Patriot" komplekslərini təklif edib. Vaşinqton bu məsələ ilə bağlı Türkiyəni "F-35" tipli qırıcıların satışını gecikdirmək və ya tamamilə dayandırmaqla, həmçinin sanksiyalarla hədələyib. Ankara güzəştə getməkdən imtina edib.

Qeyd edək ki, bu il Rusiya Türkiyəyə 2,5 milyard dollar qarşılığında dörd ədəd "S-400" divizionu tədarük edib. Tərəflər arasında müqavilədə daha bir divizion komplektinin də tədarükünün ola biləcəyi müddəası yer alır.