RUSİYA

Rusiyadan yaxşı xəbər: vaksinlər təsirini göstərir

Mərkəzdə bir neçə qrup yeni nəsil üzərində vaksin üzərində işləyir. Ümumilikdə vaksin üzərində 100-dən çox şəxs çalışır.
Sputnik

BAKI, 30 iyun — Sputnik. Koronavirus infeksiyasına dair üç vaksin prototipi sınaqlardan uğurla keçib. Sputnik Azərbaycan RİA Novosti-yə xəbər verir ki, bunu "Vektor" mərkəzinin icraçı direktoru Rinat Maksyutov bildirib.

"Bu preparatlar əldə olunan nəticələr baxımından ən effektiv olanlardır", - deyə Rinat Maksyutov qeyd edib.

O bildirib ki, mərkəzdə bir neçə qrup yeni nəsil vaksin üzərində işləyir. Ümumilikdə vaksin üzərində 100-dən çox şəxs çalışır:

"Ən əsası peyvənd vurulan şəxslərin xəstəlikdən müdafiəsinin təmin olunmasıdır. Bu müdafiəni təmin edən təhlükəsiz preparatın hazırlanması ən böyük çətinlikdir".

Mərkəzin direktoru qeyd edib ki, mərkəzin 60 əməkdaşı koronavirusdan olan vaksini öz üzərində sınaqdan keçirəcək.

Bir müddət öncə RF baş nazirinin müavini Tatyana Qolikova "Vektor" mərkəzini COVID-19 vaksininin yaradılması üzrə lider adlandırmışdı. 

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda, demək olar ki, bütün dünyanı əhatə edən virusa yoluxanların sayı 10,2 milyonu keçib, 502 mindən çox adam isə virus səbəbilə ölüb.

Rusiyada indiyədək 641 mindən çox insan koronavirusa yoluxub, 9166 nəfər isə virusun səbəb olduğu COVID-19 xəstəliyindən dünyasını dəyişib.