“Azərbaycanın koronavirus pandemiyası ilə sistemli mübarizəsi bir çox dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən dəstəklənir”. Bunu Sputnik Azərbaycan-a politoloq Fikrət Sadıxov deyib.
Politoloq qeyd edib ki, Prezident İlham Əliyevin BMT-nin xüsusi sessiyasının keçirilməsi ilə bağlı təşəbbüsü təşkilatın onlarla üzv ölkəsi tərəfindən dəstəklənib:
“Bu ümumi bəladır və sistemli mübarizə aparmaq lazımdır. Reallıq budur ki, dövlətlər bu təşəbbüsə dəstək verməklə çoxtərəfli əməkdaşlığa münasibətlərini ifadə etdilər və bu əməkdaşlıq birgə səylərin vacibliyini önə çıxarır. Təbii ki, bu təşəbbüsün dəstək almasında Azərbaycan Prezidentinin nüfuzu önəmli rol oynayır”.
Qeyd edək ki, Qoşulmama Hərəkatının sədri statusunda Prezident İlham Əliyevin BMT Baş Assambleyasının Xüsusi sessiyasının keçirilməsi barədə təşəbbüsü 130-a qədər BMT-yə üzv dövlət tərəfindən dəstəklənib.
Fikrət Sadıxovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz