CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Qaydalara riayət olunmasa, hər birimiz süni nəfəs aparatına qoşula bilərik"

"Azərbaycan tibb müəssisələrinin maddi-texniki bazası, kadr peşəkarlığı yüksək səviyyədə olması epidemioloji vəziyyəti nəzarətdə saxlamağa imkan verir, amma bununla belə tibbi müəssisələrində gərginlik müşahidə edilir"
Sputnik

BAKI, 29 iyun — Sputnik. "Son dövrdə dünyada koronavirusa yoluxanların sayı 50 faiz artıb. Bu da ciddi xəbərdarlıqdır".

Kim və harada – Koronavirus xəstələrinin 50 faizindən çoxu Bakının payına düşür

Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov parlamentin bu gün keçirilən plenar iclasında deyib.

O bildirib ki, Azərbaycanda da virusa yoluxmaların sayının artması gərginlik yaradır: "Düzdür, Azərbaycan tibb müəssisələrinin maddi-texniki bazası, kadr peşəkarlığı yüksək səviyyədə olması epidemioloji vəziyyəti nəzarətdə saxlamağa imkan verir, amma bununla belə tibbi müəssisələrində gərginlik müşahidə edilir. Bu gün xəstəxanalara müraciət edənlərin böyük əksəriyyəti ağırlaşmış vəziyyətdə müraciət edirlər ki, bu da vəziyyəti daha da gərginləşdirir".

"Qaydalara riayət olunmasa hər birimiz süni nəfəs aparatına qoşula bilərik. Hər kəs bunu nəzərə almalı və qaydalara ciddi riayət etməlidir", - deyə o əlavə edib.