İQTİSADİYYAT

Bağlanmış bankların əmanətçilərinə nə qədər ödənilib?

"Əmanətlərin sığortalanması haqqında" qanuna əsasən, əmanətçilərin ərizələri kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq 1 il ərzində qəbul edilir.
Sputnik

BAKI, 29 iyun — Sputnik. Əmanətlərin Sığortalanması Fondu ləğvedicisi olduğu "AGBank", "Amrah Bank", "Atabank" və "NBC Bank" ASC-lərin əmanətçilərinə 1-28 iyun tarixlərində 100,4 milyon manat kompensasiya ödəyib. Sputnik Azərbaycan bu barədə Fonda istinadən xəbər verir.

Xatırladaq ki, kompensasiyalar nağdsız qaydada "Azərbaycan Beynəlxalq Bankı" və "Kapital Bank" ASC-nin adlı debet kartları, "Xəzri" sürətli pul köçürmə sistemi vasitəsilə ödənilir.

"Əmanətlərin sığortalanması haqqında" qanuna əsasən, əmanətçilərin ərizələri kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq 1 il ərzində qəbul edilir.