Neftin qiymətləri kəskin artacaq – Bank rəhbəri

Qrefin sözlərinə görə, bu barədə danışarkən o təcrübəli analitiklərdən biri olan Henri Qroubinin proqnozlarına da əsaslanır.
Sputnik

BAKI, 29 iyun — Sputnik. Rusiyanın "Sberbank" bank rəhbəri Qerman Qref koronavirusla bağlı vəziyyətin gərginləşməyəcəyi təqdirdə neft və rublun kursunda kəskin artım olacağını bildirib.

Qrefin sözlərinə görə, bu barədə danışarkən o təcrübəli analitiklərdən biri olan Henri Qroubinin proqnozlarına da əsaslanır. Belə ki, analitikin fikrincə, yarım ildən sonra neftin bir barelinin qiyməti 60-62 dollar olacaq: "Neft qiymətlərindən asılı olan rubla gəldikdə isə bu bir dollar qarşılığında plyus-minus 60 rubl olacaq".

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda dünyada virusa yoluxanların sayı 10 milyonu keçib, 500 mindən çox adam isə virus səbəbilə ölüb.