Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi ümumi təhsil müəssisələri üçün dərsliklərin, dərs vəsaitlərinin və digər tədris-metodik vasitələrin çap olunması üçün müvafiq proqram təminatları hazırlayacaq. Bu, Təhsil naziri Ceyhun Bayramovun Nazirlər Kabinetinin “Ümumi təhsil müəssisələri üçün dərsliklərin, dərs vəsaitlərinin və digər tədris-metodik vasitələrin hazırlanması Qaydası”nın təsdiq edilməsi haqqında” qərarının icrasının təmin edilməsi barədə əmrində öz əksini tapıb.
Təhsil eksperti Kamran Əsədov Sputnik Azərbaycan-a deyir ki, bu gün Azərbaycanda kitab çapı, xüsusəndə dərsliklərin hazırlanması ilə bağlı vəziyyət ürəkaçan deyil:
“Müstəqillik qazanmağımızdan bu yana bu sahədə bir sıra uğurlar əldə etsək də, hələ də müasir dövrün tələblərinə cavab verən dərsliklər yazılmır. Şagirdlər dərslikləri oxuyan zaman bütün sualların cavabını oradan almalıdırlar. Dərsliklərdə müasir İKT imkanlarından istifadə edilməlidir”.
Kamran Əsədovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz