SƏHİYYƏ

Azərbaycanda daha 544 nəfər koronavirusa yoluxub

Məlumata əsasən, ölkədə indiyədək aparılmış koronavirus testinin sayı 475 min 525-dir. Son gün ərzində koronavirusa yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 558 test aparılıb.
Sputnik

BAKI, 29 iyun - Sputnik. Azərbaycanda 544 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 343 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 8 nəfər vəfat edib.

Ölkədə son gün ərzində koronavirusa yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 558 test aparılıb. Məlumata görə, ölkədə indiyədək aparılmış koronavirus testinin sayı isə 475 525-dir.