CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ayaq ölçüsü ilə ömrün nə əlaqəsi var?

Ayaq ölçüsü 38 və 45 olan kişilər daha az 67-69 il, ayaq ölçüsü 35 və 42 olan qadınlar isə 68-69 il yaşayır.
Sputnik

BAKI, 29 iyun — Sputnik. Ayaq ölçüsü ilə insanın ömrünün müddəti bir-biri ilə əlaqəlidir.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, bu qərara Kembric universitetinin əməkdaşları gəlib.

Tibb adamları iki il müddətində 3 min insanın məlumatını analiz edib.

Məlum olub ki, ayaq ölçüsü 38 olan qadınlar və ayaq ölçüsü 42 olan insanlar ən uzun ömürlü insanlar hesab edilib. Belə insanların 84 il yaşamaq şansı var.

Ayaq ölçüsü 38 və 45 olan kişilər daha az 67-69 il, ayaq ölçüsü 35 və 42 olan qadınlar isə 68-69 il yaşayır.

Ümumi statistikaya görə, ayaq ölçüsü 35 olan qadınların ömrünün müddəti 68-69, ayaq ölçüsü 36 olan qadınların ömrü 72-76 il, ayaq ölçüsü 37 olan qadınların ömrü 79-82 il, ayaq ölçüsü 38 olan qadınların ömrü 82-84 il, ayaq ölçüsü 39 olan qadınalrın ömrü 74-75 il, ayaq ölçüsü 40 olan qadınların ömrü 70-72 il, ayaq ölçüsü 41 olan qadınların ömrü 70-71 il və ayaq ölçüsü 42 olan qadınların ömrü isə 68-69 il olub.

Müəyyən edilib ki, ayaq ölçüsü 38 olan kişilər adətən 68-69 il, 39 olan kişilər 70-72 il, ayaq ölçüsü 40 olan kişilər 73-75 il, ayaq ölçüsü 41 olan kişilər 74-77 il, ayaq ölçüsü 42 olan kişilər 76-82 il, ayaq ölçüsü 43 olan kişilər 74-79 il, ayaq ölçüsü 44 olan kişilər 69-72 il və ayaq ölçüsü 45 olan kişilər 67-69 il yaşayır.