Keçən həftə Qərbi Avropa ölkələrində termometrlərin şkalası əhəmiyyətli dərəcədə yuxarı qalxıb. Bu vaxtlar üçün tipik olmayan istilik gəlib. Avropanı əhatə edən istini haqlı olaraq Afrika istisi adlandırmaq olar, çünki o, Afrikadan isti hava kütlələrinin axınının nəticəsi kimi ortaya çıxıb.
İspaniyanın bəzi şəhərlərində havanın temperaturu qırx dərəcə Selsiyə yüksəlib. Fransa və Böyük Britaniyada hava bir qədər yaxşı olsa da, hələ də istilik müsbət 37 dərəcəyə çatır. Bu ilin iyun ayı Finlandiyanın ən isti vaxtı olub.
Təbii ki, belə bir şəraitdə insanlar çimərliklərə, parklara və təbiətdəki su hövzələrinə üz tuturlar. Xoşbəxtlikdən bir çox ölkələrdə çimərliklər karantindən sonra avropalılar üçün artıq açıqdır. Lakin sosial məsafəyə riayət məsələsi qüvvədə qalır. Davam edən məhdudiyyətlər, özünütəcrid rejimi istidən tükənən avropalıları evdə saxlaya bilmir.
Avropa sakinlərinin istidən necə xilas olduğuna Sputnik Azərbaycan-ın fotolentində baxın.