HADİSƏ

Qazaxlı həmyerlisini bıçaqlayıb öldürdü

1990-cı il təvəllüdlü Məmmədov Fərux hələlik şəxsiyyəti məlum olmayan həmyerlisini aralarında yaranmış mübahisə zamanı bıçaqlayıb.
Sputnik

BAKI, 28 iyun - Sputnik. Qazaxda qətl hadisəsi baş verib.

APA-nın məlumatına əsasən, hadisə rayonun Aslanbəyli kəndində qeydə alınıb.

1990-cı il təvəllüdlü Məmmədov Fərux hələlik şəxsiyyəti məlum olmayan həmyerlisini aralarında yaranmış mübahisə zamanı bıçaqlayıb. Sonuncu xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Faktla bağlı Qazax Rayon Prokurorluğunda araşdırma aparılır.