Ermənistanda koronavirusa daha 736 yoluxma qeydə alındı

Ötən sutka ərzində virusa yoluxan 6 nəfər ölüb və bununla da ölkədə virusa yoluxma nəticəsində ölənlərin sayı 426 nəfərə yüksəlib.
Sputnik

BAKI, 28 iyun - Sputnik. Ötən sutka ərzində Ermənistanda daha 736 nəfər yeni növ koronavirusa (COVİD-19) yoluxub.

APA-nın verdiyi məlumata görə, bununla da ölkədə koronavirusa yoluxanların sayı 24 min 645 nəfərə çatıb.

Ötən sutka ərzində virusa yoluxan 6 nəfər ölüb və bununla da ölkədə virusa yoluxma nəticəsində ölənlərin sayı 426 nəfərə yüksəlib. Ötən gün koronavirusa yoluxanlar arasında digər səbəblərdən isə 7 nəfər ölüb və bununla da koronavirusa yoluxanlar arasında digər səbəblərdən ölənlərin sayı 139 nəfərə çatıb.