Britaniyada koronavirusdan ölənlərin sayı 43 500 nəfərə çatıb

Koronavirusa yoluxanların sayı isə 901 nəfər artaraq 311 min 151 nəfər olub. Bu barədə Böyük Britaniya Səhiyyə Nazirliyi məlumat yayıb.
Sputnik

BAKI, 28 iyun - Sputnik. Son sutka ərzində Böyük Britaniyada yeni növ koronavirusa (COVİD1-9) yoluxma nəticəsində ölənlərin sayı 36 nəfər artaraq 43 min 500 nəfərə çatıb.

APA-nın verdiyi xəbərə görə, bu barədə Böyük Britaniya Səhiyyə Nazirliyi məlumat yayıb.

Koronavirusa yoluxanların sayı isə 901 nəfər artaraq 311 min 151 nəfər olub.