CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

BNA-nın mətbuat katibi COVİD-19-a yoluxub

Bir neçə gün davam edən hərarət, halsızlıq simptomları ilə əlaqədar təcili tibbi yardıma müraciət edən Mayis Ağayevin özündə, həyat yoldaşında və oğlunda koronavirus testi pozitiv çıxıb.
Sputnik

BAKI, 28 iyun — Sputnik. Bakı Nəqliyyat Agentliyinin Mətbuat xidmətinin rəhbəri Mayis Ağayev yeni növ koronavirusa yoluxub.

Mayis Ağayev APA-ya bildirib ki, bir neçə gün davam edən hərarət, halsızlıq simptomları ilə əlaqədar təcili tibbi yardıma müraciət edib. Özünün, həyat yoldaşının və oğlunun koronavirus testinin nəticələri müsbət çıxıb.

M. Ağayev koronavirusa qalib gələcəklərinə inandıqlarını bildirib.