CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Anqlikan kilsəsi İsa peyğəmbərin qaradərili olduğunu bəyan edib və onun təsvirlərini yayıb

Kenterberi arxiyepiskopu Castin Uelbi İsa Məsihin ağ deyil, qara dərili olduğunu iddia edib və onun Yaxın şərqli olduğunu unutmamağa çağırıb.
Sputnik

BAKI, 28 iyun — Sputnik. Kenterberi arxiyepiskopu Castin Uelbi İsa Məsihin ağ olmadığını söyləyib. O, bu barədə Twitter-dəki səhifəsində yazıb.

"İsa Yaxın Şərqdən idi, ağ deyildi. Bunu xatırlamağımız vacibdir", - deyə Anqlikan kilsəsinin ruhani lideri çağırış edib. O, həmçinin öz postunda bütün dünyaya qaradərili Məsihin "sevimli şəkillər"ni yayıb.

Əvvəllər Black Lives Matter Hərəkatının fəalı və keçmiş pastor Şon Kinq İsa Məsihin Avropa heykəllərini yıxmağa çağırmışdı. Onun sözlərinə görə, ağ dərili Məsih ağ irqin üstünlüyünü əks etdirir. Lakin, bir çoxları qeyd edirlər ki, hər bir millət İsa Məsihi özünə bənzədərək təsvir edir.

Son həftələrdə Amerika şəhərlərində irqçiliyə qarşı etirazlar getdikcə daha çox abidələrin təhqir edilməsinə və məhvinə səbəb olur. Məsələn, Konfederasiyanın Amerikanı kəşf etmiş dənizçi Xristofor Kolumb, ABŞ-ın ilk prezidenti və banilərindən olan Corc Vaşinqton, həmçinin milli himnin müəllifi Frensis Skott Ki kimi görkəmli xadimlərinin abidələrini dağıdıblar.