BAKI, 27 iyun — Sputnik. Kuril adalarında Ebeko vulkanı üç kilometrdən yüksəkliyə kül püskürüb.
Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, onun tüstüsü yaxınlıqdakı Severo-Kurilsk şəhərinə çata bilər.
Mütəxəssislər bu rayona uçuşların təhlükəli olduğu barədə xəbərdarlıq edib, "narıncı kod" təhlükəsi təyin ediblər. Vulkanoloqların sözlərinə görə, Ebeko hər gün 6-11 dəfə öz küllərini ətrafa püskürür, ancaq duman və püskürmənin zəif olmasına görə, bunu görmək mümkün olmur.
Vulkanın hündürlüyü min kilometrdən çoxdur. Onun bir neçə zirvəsi və krateri var.
Son dəfə vulkan 2012-ci ildə püskürmüşdü. Sonra bir müddət sakitlik müşahidə edilmiş, 4 ildən sonra yenidən aktivləşmişdi.