Son beşlik gəlir, təhlükə sovuşur

Yer kürəsinə ilk yaxınlaşacaq "2020MK" adlı asteroid iyunun 27-də planetimizin yaxınlığından 64 min kilometr/saat sürətlə keçəcək
Sputnik

 

BAKI, 27 iyun — Sputnik. Bu həftə sonu 5 asteroid Yer kürəsinə yaxınlaşacaq və yanından keçəcək.

Sputnik Türkiyə xəbər verir ki, bu barədə NASA məlumat yayıb.

Yayılan açıqlamaya görə, asterodilərdəm ən böyüyü Corc Vaşinqtonun abidəsindən böyükdür.

Belə ki, Yer kürəsinə ilk yaxınlaşacaq "2020MK" adlı asteroid bu gün planetimizin yaxınlığından 64 min kilometr/saat sürətlə keçəcək.

Qeyd edilir ki, bundan sonra "2020MF1"asteroidi keçəcək.

Yaxınlaşan digər iki asteroidin isə "2020ME1" və "2020JX1" olduğu qeyd edilir. Bunlardan ikincisi qrupdakı ən böyük asteroid hesab edilir və 100 metr diametrindədir.

Gün ərzində Yer kürəsinə yaxınlaşacaq ikinci astreoid isə "2020KQ7" olacaq. Onun diametri isə 31 metrdir.