Prezident ailəsində qarışıqlıq - Trampı qorxudan nədir?

Meri Trampın vəkili bildirib ki, prezident və onun ailəsi "Cəmiyyət üçün fövqəladə əhəmiyyətə malik olan sualların müzakirə edildiyi" kitabın işıq üzü görməsinə mane olur. Çünki ailə cəmiyyətin "həqiqəti bilməsini" istəmir
Sputnik

BAKI, 27 iyun — Sputnik. ABŞ Prezidenti Donald Trampın qardaşı Robert yeni bir iddia - prezidentin qohumu Meri Trampın dövlət başçısı və ailəsi haqqında yazdığı kitabın işıq üzü görməsinin dayandırılması tələbi ilə Nyu-York məhkəməsinə müraciət edib.

Sputnik Azərbaycan RİA Novosti-yə  istinadla xəbər verir ki, daha əvvəl də prezidentin qardaşı Meri Tramp tərəfindən imzalanmış müqavilənin şərtlərini pozduğuna görə kitabın çapının dayandırılması məqsədilə məhkəməyə sorğu göndərmişdi.

Meri Trampın vəkili bildirib ki, prezident və onun ailəsi "Cəmiyyət üçün fövqəladə əhəmiyyətə malik olan sualların müzakirə edildiyi" kitabın işıq üzü görməsinə mane olur. Çünki ailə cəmiyyətin "həqiqəti bilməsini" istəmir.

Cümə axşamı Nyu-York məhkəməsi Tramp ailəsinin tələbini rədd edib.

Bir gün sonra isə, Trampın qardaşı eyni əsaslarla Nyu-Yorkun digər məhkəməsinə müraciət edib. Prezidentin qohumunun vəkili Teodor Butros qeyd edib ki, bu, Trump ailəsinin prezidentlə əlaqəli vacib siyasi iradları əngəlləmək üçün konstitusiyaya zidd olan qadağanı əldə etmək üçün etdiyi başqa bir əsassız cəhddir.

Onun sözlərinə görə, bu cəhd də uğursuz olacaq.

Daha əvvəl isə Tramp bildirmişdi ki, Meri onun haqqında kitab yaza bilməz.

Sifarişlər Amazon saytında yer alsa da, kitabın çap edilməsi açıqlanmayan müqavilə ilə məhdudlaşdırılıb.

Prezidentin qardaşı qızının "Too Much and Never Enough: How My Family Created the World's Most Dangerous Man" (İzafi və heç zaman kifayət etməyən: Mənim ailəm dünyanın ən təhlükəli insanını necə yaratdı" kitabının satışa çıxarılması iyulun 28-də nəzərdə tutulub.

Meri Tramp oxucularına əmisinin dünya səhiyyəsini, iqtisadi təhlükəsizliyi və sosial nizamı təhdid edən bir insana necə çevrildiyini izah etmək üçün ailənin qaranlıq tarixinə işıq salacaq kitabda "Donald Tramp və onu yaradan zəhərli ailənin portretini ortaya qoyacağını" vəd edir.