Dünyanı lərzəyə gətirən virusla bağlı son rəqəmlər: 9 milyon keçildi

Hazırda ən çox yoluxma faktı ABŞ-da qeydə alınıb. Öən həfftə sonundan, 21 iyundan etibarən isə ABŞ-da koronavirusa yoluxmada yeni sıçrayış qeydə alınıb
Sputnik

BAKI, 27 iyun — Sputnik. Ötən ilin sonlarında ilk dəfə olaraq Çində peyda olan koronavirus can almaqda davam edir. Sputnik Azərbaycan-ın "Reuters"ə istinadən xəbərinə görə, bu günə olan məlumata görə, artıq dünyada COVID-19-a yoluxanların sayı 9 milyon 80-dır. Ümumilikdə isə virusdan dünyasını dəyişənlərin sayı 493 min 43 olub. Virusdan sağalanlaırn sayı isə 4 milyon 89-dur.

Qeyd edək ki, hazırda ən çox yoluxma faktı ABŞ-da qeydə alınıb. Öən həfftə sonundan, 21 iyundan etibarən isə ABŞ-da koronavirusa yoluxmada yeni sıçrayış qeydə alınıb.