İQTİSADİYYAT

Neftimiz yenə ümidləri üzür

Azərbaycan neftinin bir barelinin qiyməti bu il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub
Sputnik

BAKI, 27 iyun — Sputnik. Azərbaycan neftinin qiyməti ucuzlaşıb.

Sputnik Azərbaycan xəbər verir ki, "Azeri Light" markalı neftin bir barelinin qiyməti 0,19 dollar ucuzlaşaraq 42 dollar təşkil edib.

"Brent" markalı neftin qiyməti 0,03 dollar ucuzlaşaraq 41,02 dollar, "Light" markalı neftin qiyməti isə 0,23 dollar geriləyərək 38,49 dollar olub.

Qeyd edək ki, Azərbaycan neftinin bir barelinin qiyməti bu il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.