ABŞ-da yeni ştat yarana bilər

Əsasən demokratlar bu ideyanı dəstəkləyiblər, Respublikaçılar partiyasının nümayəndələri isə onun əleyhinə çıxıblar.
Sputnik

BAKI, 27 iyun — Sputnik. ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvlərinin əksəriyyəti ölkənin paytaxtı Vaşinqtona ayrıca ştat statusu verilməsi haqqında qanun layihəsini dəstəkləyib.

Sputnik Azərbaycan CNN telekanalına istinadən xəbər verir ki, 232 konqresmen layihənin lehinə səs verib, 180 nəfər onun əleyhinə çıxıb.

Əsasən demokratlar bu ideyanı dəstəkləyiblər, Respublikaçılar partiyasının nümayəndələri isə onun əleyhinə çıxıblar.

Hazırda inzibati nöqteyi-nəzərdən Vaşinqton heç bir ştata daxil deyil və Kolumbiya mahalı adlanır. Qanun layihəsinin müəllifi Demokratlar partiyasının nümayəndəsi Eleonor Holms Norton bildirir ki, ayrıca ştatın formalaşması siyasi və demoqrafik əsaslandırmaya malikdir.