FOTO
Dünyanın ən yaddaqalan hadisələri, olay yerlərindən kadrlar, aktual fotoreportajlar Sputnik Azərbaycan-ın xüsusi süjetində

Həftənin ən yaxşıları: maskada tanqo, kapsulda yoqa və bitkilər üçün konsert

Sputnik

Ötən həftə bir sıra hadisələrlə yadda qaldı. ABŞ-da mayın sonunda polislərin qətlə yetirdiyi Corc Floyda görə başlayan etiraz aksiyaları hələ də davam edir. Etirazçıların son tələbi Avraam Linkolnun Vaşinqtondakı heykəlinin götürülməsi oldu.

Koronavirus pandemiyası mövzusu da əvvəlkitək aktualdır. Bəzi ölkələrdə yoluxma sayı azalır, bəziləri isə fəlakəti ikinci dəfə yaşayır. Məsələn, Türkiyənin Antalya şəhəri ilk turistlərini qəbul etməyə hazırlaşır. Digər sahilyanı ölkələrdə də çimərliklər açılır. Qızmar hava Dumanlı Albionun sakinlərini, demək olar ki, çimərliklərə “töküb”.

Ötən həftə dünyanın necə yaşadığını yada salmaq üçün onun müxtəlif guşələrində çəkilən şəkillərə baxmağı təklif edirik. Dünya agentliklərinin müxbirlərinin çəkdikləri ən parlaq və emosional fotolar - Sputnik Azərbaycan-ın həftəlik fotolentində.

1 / 25
Uşaqlar Nitsada fəvvarələrdə əylənirlər, Fransa
2 / 25
İsveçrəli akrobat Ramon Katriner "Ölüm halqası" şousu ilə çıxış edir
3 / 25
2020-ci il iyunun 21-də Tayvanda müşahidə edilən Günəş tutulması
4 / 25
Antalyada bahalı otelin hovuzunda turistlər, Türkiyə
5 / 25
Pakaya vulkanının püskürməsi, Qvatemala
6 / 25
İrqi bərabərsizliyə etiraz edənlər polisdən qaçırlar, Vaşinqton, Kolumbiya mahalı, ABŞ
7 / 25
Medelyində, Metropoliten muzeyində keçirilən XIV Beynəlxalq tanqo festivalında rəqqaslar
8 / 25
Barselonanın tamaşaçı zalına bitkilər düzülmüş Gran Teatre del Liceu teatrında musiqiçilər məşq edirlər
9 / 25
Böyük Vətən Müharibəsində Qələbənin 75-ci ildönümünə həsr edilmiş hərbi parad, Moskva, Rusiya
10 / 25
Qadın Bhaktapur çöllərində keçilərini otarır, Nepal
11 / 25
Karantin ləğv olunandan bir neçə saat sonra İngiltərənin cənub-şərqindəki Sautend-on-Si çimərliyinə axın edən insanlar
12 / 25
Vaşinqtonda iqri bərabərsizliyə etiraz edənlər rəngli toz atırlar
13 / 25
Vilnüsdə istidən qorunan uşaqlar fəvvarədə oynayırlar, Litva
14 / 25
M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin əsas binası "Qələbə şüaları" aksiyası zamanı, Moskva
15 / 25
Rohinya qəbiləsindən olan insanların qayığı İndoneziya sahillərində
16 / 25
Lopburidəki Pranq Sam Yot məbədinin önündəki abidənin başına dırmaşmış meymun, Tailand
17 / 25
Volqoqradda bərpa edilmiş "Ana Vətən çağırır!" monumentinin yanında konsertin iştirakçıları
18 / 25
Talsada etiraz aksiyasının iştirakçıları, Oklahoma, ABŞ
19 / 25
Kəbədə dua zamanı inanclı insanlar, Səudiyyə Ərəbistanı
20 / 25
Torontoda insanlar sosial məsafəni gözləyərək yoqa ilə məşğul olurlar
21 / 25
ABŞ Prezidenti Donald Tramp Vaşinqtonda, Ağ Evin yanındakı çəmənlikdə
22 / 25
Hindistanın Banqalor şəhərinin sakini velosipedi ilə
23 / 25
Moskvada Qələbə paradı zamanı strateji raketdaşıyıcı Tu-160 bombardmançı təyyarəsi
24 / 25
Moskvada Qələbənin 75 illiyi münasibətilə atəşfəşanlıq
25 / 25
Manausda Nossa Senhora Aparecida qəbristanlığına koronavirusdan ölənlərin qəbirləri, Braziliya