RUSİYA

Bir sutka ərzində 176 ölüm – Rusiyada virusun qurbanlarının sayı artır

Rusiyada COVID-19-a yoluxanların sayı 620 794 nəfərə çatıb. Xəstəlikdən sağalanların sayı 384 152 nəfərdir.
Sputnik

BAKI, 26 iyun – Sputnik. Rusiyada son sutka ərzində daha 6800 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

Sputnik Azərbaycan-ın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 620 794 nəfərə çatıb.

Son sutka ərzində 176 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 8781 nəfərə çatıb.

Xəstəlikdən sağalanların sayı 384 152 nəfərdir.

 Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ və Braziliyadan sonra üçüncü yerdə gəlir.