BAKI, 26 iyun – Sputnik. Dünyada yeni növ koronavirus infeksiyasına yoluxma hallarının sayı 9,6 milyonu keçib.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə ABŞ-ın Cons Hopkins Universiteti öz hesabatında bildirib.
Universitetin məlumatına görə, dünya üzrə COVID-19 virusuna yoluxanların sayı 9 milyon 611 min nəfərdir. Universitet, həmçinin 490 min nəfərin bu virusun qurbanına çevrildiyini, daha 4 812 121 dünya əhalisinin də müalicə olunaraq sağaldığını qeyd edib.
Universitetin hesabatında virusa ən çox yoluxma hallarının ABŞ (2 milyon 442 min), Braziliya (1 milyon 228 min) və Rusiyada (613 min) qeydə alındığı da öz əksini tapıb.