SƏHİYYƏ

ÜST rəsmisi ABŞ-ın tənqidinə belə cavab verdi

ÜST rəsmisi ABŞ Prezidenti Donald Trampın təşkilatla bağlı sərt tənqidlərinə rəğmən, əməkdaşlığa ümidlidir
Sputnik

BAKI, 25 iyun — Sputnik. "Bu günə qədər ÜST-ə ən çox yardım edən ölkələrdən biri ABŞ olub. Bundan başqa, ABŞ digər istiqamətlərdə də ÜST-ə hər zaman dəstəkçi olub. Ümid edirik ki, gələcəkdə də bu əməkdaşlıq davam edəcək".

Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə ÜST-ün Bakı ofisinin rəhbəri Hande Harmancı təmsilçisi olduğu təşkilatın ABŞ Prezidenti Donald Tramp tərəfindən tənqidlərə tuş gəlməsi ilə bağlı sualı cavablandırarkən deyib.