BAKI, 25 iyun — Sputnik. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov MDB dövlət başçıları ilə görüşdə sərhədlərin açılmasının müzakirə olunub-olunmadığına aydınlıq gətirib. Sputnik Azərbaycan Rusiya mediasına istinadla xəbər verir ki, Kremlin nümayəndəsi bu barədə heç bir müfəssəl müzakirənin aparılmadığını deyib.
O əlavə edib ki, hələlik sərhədlər bağlı qalır.
Bundan əvvəl, "Rosaviasiya"nın rəhbəri Aleksandr Neradko hökumətə MDB ölkələrindən başlayaraq beynəlxalq hava əlaqəsinin yenidən bərpasını təklif edib.