BAKI, 25 iyun — Sputnik. "COVID-19-a 100 min yoluxma 2 ay ərzində qeydə alındı. Son 24 saatda isə 180 min yeni yoluxma halı qeydə alınıb. Vəziyyət getdikcə daha da pisləşir".
Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə ÜST-ün Bakı Ofisinin rəhbəri Hande Harmancı deyib. O bildirib ki, bu gün dünyada COVİD-19-dan vəfat edənlərin 95 faizi 65 yaşdan yuxarı olanlarıdır, yoluxanalrın 21 faizi isə tibb işçiləridir.
ÜST rəsmisi bildirib ki, kliniki qiymətləndirmə üçün 10 peyvənd üzərində iş aparılır və artıq bir peyvəndin sınağı artıq son mərhələdədir:
"Ümid edirik ki, bu ilin sonunda bu peyvənd əlçatan olacaq. Digər xoş xəbər isə deksametazon preparatının ölüm hallarının 1/3 qədər azaltdığı sübut olunması ilə bağlıdır".
H.Harmancı Avropa İttifaqı ilə tərəfadaşlıq çərçivəsində Azərbaycana 2 gün öncə 168 min fərdi qoruyu vasitə gətirildiyini bildirib.