CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda daha 547 nəfər koronavirusa yoluxub, ölənlər var

Yaqut Qarayeva bildirib ki, bu gün altı nəfər vəfat edib: "Beləliklə vəfat edənlərin sayı 180-ə çatıb"
Sputnik

BAKI, 25 iyun — Sputnik. Bu gün Azərbaycanda 547 nəfər koronavirusa yoluxub, 291 nəfər sağalaraq evə buraxılıb. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi"nin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva deyib. 

O bildirib ki, bu gün 6 nəfər vəfat edib: "Beləliklə vəfat edənlərin sayı 180-ə çatıb".