Bu il parad 24 iyunda keçirilib və bu gün təsadüfi olaraq seçilməyib.
Rəmzi olaraq məhz bu gündə 1945-ci ildə əfsanəvi, tarixi qaliblər paradı baş tutub. Bu il qonaqlar arasında postsovet ölkələrinin liderləri və xarici ölkələrin başçıları olub. Qırmızı Meydanda Rusiya hissələri ilə birgə keçmiş sovet respublikaları olan Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Tacikistan və Özbəkistanın hərbçiləri də iştirak ediblər. Paraddan öncə çıxış edən Rusiya Prezidenti Vladimir Putin bir daha bütün sovet xalqlarının nasizm üzərində qələbədə oynadığı mühüm rolu xatırladıb. Təntənəli yürüş Rusiya aviasiyasının iştirakı ilə ənənəvi uçuş hissəsi ilə tamamlanıb. Daha sonra isə Vladimir Putin xarici qonaqlarla Böyük Vətən Müharibəsində həyatlarını qurban vermiş əsgərlərin xatirəsini yad edib və “Naməlum Əsgər” məzarının üzərinə güllər qoyub.