CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda anasının doğum gününə gedən qızı avtomobil vurdu

Hadisə şahidlərinin verdiyi məlumata görə, piyada qız anasının doğum gününə gedirmiş. Yaralı xəstəxanaya yerləşdirilib
Sputnik

BAKI, 25 iyun — Sputnik. Bakının Yasamal rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Sputnik Azərbaycan APA-ya istinadən xəbər verir ki, hadisə Şərifzadə küçəsində qeydə alınıb.

"Chevrolet" markalı avtomobil yolu keçən təxminən 20 yaşlı qızı vurub. Hadisə şahidlərinin verdiyi məlumata görə, piyada qız anasının doğum gününə gedirmiş. Yaralı təcili tibbi yardım vasitəsilə xəstəxanaya yerləşdirilib.

Fakt Yasamal Rayon Polis İdarəsində araşdırılır.