MƏDƏNİYYƏT

Xocalı faciəsi haqqında film xaricdə mükafat alıb

Rejissor Elvin Əhmədoğlunun filmi beynəlxalq mükafatlara layiq görülüb və hazırda Amerika və Avropada mükafatlara iddia edir.
Sputnik

BAKI, 24 iyun — Sputnik, Kəmalə Əliyeva. Azərbaycanın "26.02.92" adlı qısametrajlı filmi beynəlxalq festivallarda bir sıra mükafatlara layiq görülüb.

Azərbaycan Dövlət Televiziyasının mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Xocalı faciəsinə həsr olunmuş film AzTV-nin istehsalıdır. Layihənin rəhbəri Ranar Musayevdir. Filmin müəllifi və rejissoru Elvin Əhmədoğlu, rəssamı Fəridbəy Kərimov, qrim ustası Eldar İsrafilov, montajçı Əhməd Qasımov, vizual qrafika ustası Rövşən Əbiyev, rejissor assistenti Novruz Məmmədov, icraçı prodüseri Zamik Əlövsətoğludur.

Film "Istanbul Film Awards" (IFA) festivalında baş rolun ən yaxşı ifasına (Münəvvər Əliyeva), bədii tərtibata və qrimə görə, eləcə də Hindistanda keçirilən "Crown Wood" beynəlxalq festivalında qadın haqqında ən yaxşı film nominasiyasında mükafatlandırılıb.

Hal-hazırda film ABŞ və Avropa ölkələrində "Andromeda" və Hollivudun müstəqil kinematoqrafçılar festivalı kimi digər beynəlxalq festivalların mükafatlarına da namizəddir.