SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Prezident və birinci xanım Gəncədə: Bir sıra obyektlərin açılışı olub

Dövlət başçısı və birinci xanım ümummilli lider Heydər Əliyevin Gəncə şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyublar.
Sputnik

BAKI, 23 iyun – Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iyunun 24-də Gəncə şəhərinə səfərə gəliblər.

Sputnik Azərbaycan xəbər verir ki, dövlət başçısı və birinci xanım ümummilli lider Heydər Əliyevin Gəncə şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyublar.

Prezident və birinci xanım Gəncədə: Bir sıra obyektlərin açılışı olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iyunun 24-də Gəncədə “NB Satınalma və Ticarət” MMC-nin süni mərmər və qranit istehsalı zavodunun açılışında iştirak ediblər.

Dövlət başçısına və birinci xanıma müəssisənin fəaliyyəti barədə məlumat verilib.

Prezident İlham Əliyev zavodu işə salıb.

Prezident və birinci xanım Gəncədə: Bir sıra obyektlərin açılışı olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iyunun 24-də Gəncə şəhərində modul tipli xəstəxananın açılışında iştirak ediblər.

Dövlət başçısı və birinci xanım xəstəxanada yaradılan şəraitlə tanış olduqdan sonra bir qrup tibb işçisi ilə görüşüblər.

Prezident və birinci xanım Gəncədə: Bir sıra obyektlərin açılışı olub

Prezident İlham Əliyev görüşdə çıxış edib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iyunun 24-də Gəncədə “Şah Abbas” və “Uğurlu Xan” karvansara kompleksinin bərpadan sonra istifadəyə verilməsi mərasimində iştirak ediblər.

Prezident və birinci xanım Gəncədə: Bir sıra obyektlərin açılışı olub

Dövlət başçısına və birinci xanıma kompleksdə yaradılan şərait barədə məlumat verilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iyunun 24-də Gəncə Dövlət Dram Teatrının yeni binasının tikintisi ilə tanış olublar.

Prezident və birinci xanım Gəncədə: Bir sıra obyektlərin açılışı olub

Dövlət başçısına və birinci xanıma binada aparılan tikinti işləri barədə məlumat verilib.

İyunun 24-də Gəncə şəhərinin M.A.Abbaszadə küçəsində Gəncəçay çayı üzərindəki körpü bərpadan sonra istifadəyə verilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak ediblər.

Prezident və birinci xanım Gəncədə: Bir sıra obyektlərin açılışı olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iyunun 24-də Gəncəyə səfərləri çərçivəsində Azərbaycan Dövlət Aqrar Universitetinin yeni tədris korpusunun açılışında iştirak ediblər.

Prezident və birinci xanım Gəncədə: Bir sıra obyektlərin açılışı olub

Dövlət başçısı və birinci xanım yeni tədris korpusunda yaradılan şəraitlə tanış olublar.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 24-də Gəncə İdman Sarayının tikintisi ilə tanış olub.

Prezident və birinci xanım Gəncədə: Bir sıra obyektlərin açılışı olub